Cəmiyyət
Bakıda iki yolun kəsişməsindəki təhlükə aradan qaldırıldı - VİDEO
Bakının Badamdar şosesi ilə Mətbuat prospektinin kəsişməsində yerləşən dairədə yolun hərəkət hissəsinə dağılan yağ qatı təmizlənib. Bu barədə Oxu.Az-a Yasamal Rayon Mənzil Kommunal Təsərrüfat Birliyindən məlumat verilib.
Bildirilib ki, bu gün səhər saatlarında qurumun əməkdaşları əraziyə cəlb olunublar. "Görülən operativ tədbirlər nəticəsində yolun üzərindəki yağ qatı tamamilə təmizlənib və hərəkətin təhlükəsizliyi bərpa edilib. Hazırda yolda heç bir təhlükə yoxdur", - deyə məlumatda vurğulanıb. Qeyd edək ki, sözügedən ərazidə motosiklet sürücüsü yolun yağlı olması səbəbindən idarəetməni itirib.
Əzizə İsmayılova

Mənbə
oxu.az