Siyasət
Azərbaycanın diplomatik masadakı uğurları və prinsipiallığı - Münhendəki müzakirələrin pərdəarxası
Dünyanın 120-yə yaxın ölkəsindən minə yaxın nümayəndənin, o cümlədən 60 dövlət və hökumət başçısının iştirak etdiyi 62-ci Münhen Təhlükəsizlik Konfransı üç günlük intensiv müzakirələrdən sonra başa çatıb. Qlobal təhlükəsizlik arxitekturasının, regional münaqişələrin və geosiyasi çağırışların müzakirə olunduğu bu mötəbər platformada Azərbaycan yenə də öz prinsipial və ardıcıl mövqeyi ilə seçildi. Prezident İlham Əliyev konfrans çərçivəsində bir sıra mühüm görüşlər keçirdi, panel müzakirələrində iştirak etdi, yerli və beynəlxalq mediaya müsahibələr verdi. Dövlət başçısının çıxış və açıqlamaları Azərbaycanın postmünaqişə dövründə formalaşdırdığı yeni reallıqların və sülh gündəliyinin beynəlxalq ictimaiyyətə çatdırılması baxımından xüsusi əhəmiyyət daşıdı. Məsələn, dövlət başçısının "France 24"ə müsahibəsi hüququn aliliyi və rəsmi Bakının prinsipial mövqeyi baxımından xüsusi ilə yadda qaldı. Müsahibədə uzun illər Qarabağda qanunsuz fəaliyyətlə, işğalçılıq və talançılıqla məşğul olan separatçıların həbs olunması ilə bağlı suala aydınlıq gətirildi. Dövlət başçısı vurğuladı ki, bu şəxslər uzun illər ərzində azərbaycanlılara, Azərbaycana qarşı törədilən bütün müharibə cinayətlərinin təşkilatçıları olublar və məsuliyyətə cəlb ediliblər: "Onlar bizim həyata keçirdiyimiz hərbi əməliyyat nəticəsində Qarabağda saxlanılıb məsuliyyətə cəlb olunublar, vəkillərlə təmin ediliblər. Məhkəmə prosesi tamamilə şəffaf keçib. Bu şəxslərin cinayətləri şahid ifadələri, çoxsaylı ifadələrlə sübuta yetirilib, hər hansı qanun pozuntusundan söhbət gedə bilməz".
Konfrans çərçivəsində bir sıra panel müzakirələr də keçirilib. Burada yaddaqalan məqamlardan biri də ermənistanlı gənc fəal Stefan Safaryanın təxribat xarakterli sualına Prezident İlham Əliyevin tutarlı cavabı oldu. Safaryan Prezident Əliyevə Ermənistanın "Sülh yolu kəsişməsi" layihəsi və konstitusiya məsələsi ilə bağlı sual ünvanladı. İlham Əliyev isə cavabında bildirdi ki, Azərbaycana birbaşa ərazi iddiasını ehtiva edən Ermənistanın müstəqillik bəyannaməsi onların konstitusiyasının bir hissəsidir. Buna görə də Ermənistan Konstitusiyasından müstəqillik bəyannaməsinin çıxarılması sülh müqaviləsinin imzalanması üçün yeganə qalan ilkin şərtdir: "Düşünürəm ki, Ermənistan və Azərbaycan rəhbərlikləri arasında hansı addımların atılması və bunların hansı ardıcıllıqla edilməsi barədə xeyli anlaşma var. "Sülh yolu kəsişməsi"nə gəlincə, Prezident Tramp yenidən hakimiyyətə qayıdanda o, TRIPP layihəsinə start verdi. Odur ki, Prezident Bayden qayıdanda sizin "Sülh yolu kəsişməsi" layihəsini yenidən başladar". Bu açıqlama bir daha göstərdi ki, Azərbaycan sülh müqaviləsinin imzalanmasına hazırdır, lakin sənəd real hüquqi əsaslara və qarşılıqlı suverenliyin tanınmasına söykənməlidir. Prezidentin ifadə etdiyi kimi, Ermənistan və Azərbaycan rəhbərlikləri arasında atılacaq addımların ardıcıllığı ilə bağlı müəyyən anlaşma mövcuddur.
Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Prezident İlham Əliyevin bir sıra dövlət və hökumət başçıları ilə görüşləri də baş tutdu. Onun İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani, Bolqarıstan Prezidenti İliyana Yotova, Slovakiya baş nazirinin müavini və müdafiə naziri Robert Kalinak, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas, "Oracle" korporasiyasının baş icraçı direktoru Mayk Sisiliya, Ukrayna Prezidenti Volodimir Zelenski, Almaniya Bundestaqının Xarici siyasət komitəsinin sədri Armin Laşet və "The Goldman Sachs Group Inc." şirkətinin qlobal məsələlər üzrə prezidenti Cared Kohen ilə təmasları oldu. Bu görüşlər isə Azərbaycanın həm siyasi, həm iqtisadi, həm də təhlükəsizlik sahələrində çoxtərəfli əməkdaşlıq gündəliyini genişləndirməsinin, ölkəmizin artan geosiyasi çəkisinin göstəricisidir.
Münhen platforması bir daha nümayiş etdirdi ki, Azərbaycan artıq münaqişə tərəfi kimi deyil, regionda yeni reallıqlar yaradan və sülh gündəliyini irəli aparan tərəf kimi çıxış edir. Vətən müharibəsində əldə edilən hərbi qələbədən sonra diplomatik mərhələdə də prinsipial və ardıcıl mövqe sərgilənir. Prezident İlham Əliyevin çıxış və müsahibələrindəki əsas xətt də dəyişməz olaraq qalır: Azərbaycanın ərazi bütövlüyü müzakirə mövzusu deyil, müharibə cinayətləri cəzasız qalmayacaq; sülh müqaviləsi real hüquqi əsaslar üzərində qurulmalıdır; regionun gələcəyi əməkdaşlıq və kommunikasiyaların açılması ilə bağlıdır. Beləliklə, 62-ci Münhen Təhlükəsizlik Konfransı Azərbaycanın diplomatik gücünün, beynəlxalq platformalarda artan təsir imkanlarının və sülh quruculuğu istiqamətində qətiyyətli mövqeyinin növbəti təsdiqi kimi tarixə düşdü. Mərahim Nəsib

Mənbə
oxu.az