Cəmiyyət

Ermənistana ixrac edilən məhsulların dəyəri...

16 Feb 2026, 15:06 2 baxış
Ermənistana ixrac edilən məhsulların dəyəri...

Bu ilin yanvar ayında Azərbaycan Ermənistana 2 milyon 403,6 min ABŞ dolları dəyərində məhsul ixrac edib.


Axar.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.


Bildirilib ki, bu, Azərbaycanın ümumi ixracının 0,11%-ni təşkil edir.


Ötən ay Ermənistandan Azərbaycana ixrac həyata keçirilməyib.


Ötən il dekabrın 18-də Azərbaycandan Ermənistana 1 220 ton Aİ-95 markalı avtomobil yanacağı göndərilib. Daha sonra bu il yanvarın 9-da Ermənistan Azərbaycandan 1 742 ton Aİ-95 markalı benzin və 956 ton dizel, yanvarın 11-də isə 979 ton Aİ-92 markalı avtomobil yanacağı idxal edib.

Mənbə axar.az

Oxşar Xəbərlər