Cəmiyyət
19 azərbaycanlının quru yolu ilə Ermənistana getməsi...
Ermənistan və Azərbaycan ictimaiyyətinin nümayəndələrinin səfərləri qarşılıqlı xarakter daşıyır.
Axar.az xəbər verir ki, bunu Ermənistanın hakim partiyasının parlament fraksiyasının katibi Artur Ovannisyan deyib.
Onun sözlərinə görə, bu cür səfərlər sülh mühitini gücləndirməyə yönəlib:
“Həm Ermənistanda, həm də Azərbaycanda erməni və Azərbaycan icmalarının müxtəlif nümayəndələrinin görüşləri müntəzəm olaraq keçiriləcək”.
Qeyd edək ki, fevralın 13-də Ermənistan-Azərbaycan arasında sərhədin Tavuş-Qazax hissəsində sərhədin demarkasiyasından bəri ilk dəfə olaraq Azərbaycan vətəndaş cəmiyyətinin 19 nümayəndəsi quru yolu ilə Ermənistana gedib.
Mənbə
axar.az