Cəmiyyət

"Medi Hall"da qadının plastik əməliyyatdan ölümü ilə bağlı RƏSMİ AÇIQLAMA

16 Feb 2026, 13:48 2 baxış
"Medi Hall"da qadının plastik əməliyyatdan ölümü ilə bağlı RƏSMİ AÇIQLAMA
Bakının Səttar Bəhlulzadə küçəsində fəaliyyət göstərən "Medi Hall" hospitalında fevralın 10-da həyata keçirilən bədənşəkilləndirmə əməliyyatı faciə ilə nəticələnib - pasiyent dünyasını dəyişib. Ölüm faktı ilə əlaqədar Analitik Ekspertiza Mərkəzi (AEM) rəsmi mövqeyini açıqlayıb. Oxu.Az-ın məsələ ilə bağlı sorğusuna cavab olaraq qurumdan bəyan edilib ki, "Medi Hall" hospitalında yaşananlar Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən nəzarətə götürülüb və səlahiyyətlər çərçivəsində bütün məsələlər ciddi şəkildə araşdırılır. Rəsmi məlumatda xüsusi vurğulanıb ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 201.1-ci maddəsinin tələblərinə uyğun olaraq, istintaq sirri sayılan detalların kənara sızması qanunla qadağandır: "Bu xarakterli məlumatlar yalnız istintaqı aparan orqanın xüsusi icazəsi olduğu təqdirdə ictimaiyyətə açıqlana bilər". Məhərrəm Əliyev
Mənbə oxu.az

Oxşar Xəbərlər