Cəmiyyət

Sumqayıtda 33 yaşlı kişi dəm qazından boğuldu

15 Feb 2026, 17:17 2 baxış
Sumqayıtda 33 yaşlı kişi dəm qazından boğuldu

Sumqayıt şəhərində 33 yaşlı kişi dəm qazından boğulub ölüb.


Axar.az Report-a istinadla xəbər verir ki, hadisə 52-ci məhəllə Duzlaq küçəsində yerləşən fərdi yaşayış evlərinin birində qeydə alınıb.


İlkin məlumata görə, 1993-cü il təvəllüdlü Amil Qarayev hamam otağında dəm qazından zəhərlənərək hadisə yerində dünyasını dəyişib.


Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Mənbə axar.az

Oxşar Xəbərlər