Cəmiyyət

Qusarda qadın kirayə yaşadığı evdə dəm qazından boğuldu

14 Feb 2026, 13:14 2 baxış
Qusarda qadın kirayə yaşadığı evdə dəm qazından boğuldu

Qusarda qadın dəm qazından zəhərlənib.


Axar.az Trend-ə istinadla xəbər verir ki, hadisə dünən saat 18 radələrində baş verib.


Belə ki, Hil kənd sakini 1958-ci il təvəllüdlü Faizə Mehrəliyeva kirayə yaşadığı Qusar şəhərindəki evin hamam otağında dəm qazından zəhərlənərək ölüb.


Hazırda faktla bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

Mənbə axar.az

Oxşar Xəbərlər