Cəmiyyət

Naxçıvanda baba və 5 nəvəsi dəm qazından zəhərləndi: ölən var

14 Feb 2026, 12:05 2 baxış
Naxçıvanda baba və 5 nəvəsi dəm qazından zəhərləndi: ölən var

Naxçıvan şəhərində dəm qazı ailə faciəsinə səbəb olub.


Axar.az APA-ya istinadla xəbər verir ki, hadisə şəhərin Xətai məhəlləsində baş verib.


Dəm qazı sızması nəticəsində Ordubad rayonu Aşağı Əylis kənd sakini, 1947-ci il təvəllüdlü Məmmədov Niftalı Məmməd oğlu dünyasını dəyişib.


Evdə olan nəvələri - 2020-ci təvəllüdlü Fatimə Məsimova, 2018-ci il təvəllüdlü Hüseyn Məsimov, 2017-ci il təvəllüdlü Məhəmməd Məsimov, 2021-ci il təvəllüdlü Əli Məsimov və 2022-ci il təvəllüdlü Həsən Məsimov zəhərləniblər.


Onlar Naxçıvan Yolxucu Xəstəliklər Mərkəzinə yerləşdiriliblər.


Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

Mənbə axar.az

Oxşar Xəbərlər