İqtisadiyyat
Qızılın qiyməti 5 min dolları ötdü
Dünya əmtəə bazarlarında qızıl qiyməti 5 min dolları ötüb
Axar.az xəbər verir ki, Comex birjasında (GC1) qızıl fyuçerslərinin qiyməti 1,98% yüksələrək 5 046,3 dollar/unsiya səviyyəsinə çatıb, qiymət artımı 97,9 dollar təşkil edib.
Spot bazarda (XAU/USD) qızılın qiyməti isə 2,43% artaraq 5 042,04 dollar/unsiyaya yüksəlib.
Comex-də gümüş 3,02% bahalaşaraq 77,96 dollar/unsiya təşkil edib.
Mənbə
axar.az