İqtisadiyyat

Serbiya ilə ticarət dövriyyəsi 135 milyon dollara çatıb - Nazir

13 Feb 2026, 21:24 1 baxış
Serbiya ilə ticarət dövriyyəsi 135 milyon dollara çatıb - Nazir

Azərbaycan və Serbiya arasında ticarət dövriyyəsi 135 milyon ABŞ dollarına çatıb.


Axar.az xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Serbiyanın milli bayramı – Dövlətçilik Günü ilə bağlı Bakıda keçirilən tədbirdə deyib.


"2025-ci ildə Serbiyadan idxalımız 55 faiz artıb", - nazir qeyd edib.


O həmçinin investisiya sahəsində əməkdaşlığın genişləndiyini vurğulayıb: "Bu günə kimi Serbiyadan Azərbaycanın qeyri-neft sektoruna yönəldilən investisiyalar təxminən 10 milyon ABŞ dollarına çatıb".

Mənbə axar.az

Oxşar Xəbərlər