İqtisadiyyat

Qızılın qiyməti yenidən 5 min dollara yaxınlaşdı

13 Feb 2026, 09:55 1 baxış
Qızılın qiyməti yenidən 5 min dollara yaxınlaşdı

Dünya əmtəə bazarlarında qızılın qiyməti yenidən 5 min dollara yaxınlaşıb.


Axar.az APA-ya istinadla xəbər verir ki, Comex birjasında qızılın unsiyası 0,96% və ya 47,4 dollar bahalaşaraq 4 995,8 dollar olub. Spot qızıl isə 1,12% və ya 55,11 dollar artaraq 4 977,3 dollar səviyyəsinə yüksəlib.


Eyni zamanda, Comex gümüşü 1,46% bahalaşaraq 76,81 dollar, mis 0,86% artaraq 583,5 dollar/funt təşkil edib. Spot platin də 1,70% yüksələrək 2 039,29 dollar səviyyəsinə çatıb.


Analitiklər bunu bazarlarda geosiyasi risklərin və inflyasiya gözləntilərinin artması fonunda investorların təhlükəsiz aktivlərə, xüsusilə qızıla marağının güclənməsi ilə izah edirlər.

Mənbə axar.az

Oxşar Xəbərlər