İqtisadiyyat
ABŞ-İran danışıqları fonunda neft qiymətləri artır
ABŞ-İran nüvə danışıqları ətrafındakı qeyri-müəyyənlik fonunda qlobal neft qiymətləri yüksəlib. Oxu.Az xəbər verir ki , bu barədə "Reuters" məlumat yayıb. "Brent" markalı xam neftin füçersləri bir barel üçün 69.35 dollara, "West Texas Intermediate" (WTI) markalı xam neftin füçersləri isə bir barel üçün 64.5 dollaradək artıb. London Fond Birjası Qrupunun (LFBQ) analitikləri bildiriblər ki, ABŞ-İran danışıqları davam etdikcə neftin qiyməti də artmaqda davam edəcək.
Mənbə
oxu.az