Cəmiyyət

Azərbaycanda yeni televiziyaya lisenziya verildi

11 Feb 2026, 19:15 2 baxış
Azərbaycanda yeni televiziyaya lisenziya verildi

Audiovizual Şurasının iclası çərçivəsində fevralın 11-də "Kinobox" və Mahnı TV-yə lisenziya verilib.


Şuradan Axar.az-a verilən məlumata görə, lisenziyalar müraciətlər əsasında verilib.


Təqdim olunmuş sənədlərin və iqtisadi əsaslandırmanın yoxlanılması, habelə yerində keçirilmiş baxışın nəticələri əsasında Audiovizual Şura "Kinobox" MMC-yə sifarişli yayım xidməti provayderi lisenziyasının (xidmət adı: "Kinobox" olmaqla) verilməsi haqqında qərar qəbul edib.


İclasda həmçinin "Mahnı" MMC-nin lisenziya alınması üçün müraciəti müzakirə olunub. Ərizəçinin sənədlərinə, iqtisadi əsaslandırmasına, habelə texniki və proqram təminatına baxışın nəticələrinə əsasən ona peyk yayımı həyata keçirməyən platforma yayımçısı (televiziya redaksiyasının adı: "Mahnı TV" olmaqla) lisenziyasının verilməsi haqqında qərar qəbul olunub.


İclasın sonunda "Aznet Technologies" QSC-nin təşkilati-hüquqi formasının dəyişilməsi ilə əlaqədar Audiovizual Şuraya ünvanladığı müraciətə əsasən "Aznet" və "Araznet" operator xidmətləri üçün verilmiş lisenziyaların "Aznet Technologies" MMC-nin adına yenidən rəsmiləşdirilməsi haqqında da müvafiq qərarlar qəbul edilib.

Mənbə axar.az

Oxşar Xəbərlər