İqtisadiyyat

Türkiyə Rusiyadan dizel yanacağı almağa hazırlaşır: ABŞ ilə razılaşmanın detalları - Foto

19 Oct 2026, 03:12 4 baxış
Türkiyə Rusiyadan dizel yanacağı almağa hazırlaşır: ABŞ ilə razılaşmanın detalları - Foto
Türkiyə ABŞ və Rusiya arasında əldə olunan razılaşma çərçivəsində Rusiyanın tədarük edəcəyi dizel yanacağının bir hissəsini almağa ümid edir. Oxu.Az xəbər verir ki, bunu Türkiyənin energetika naziri Alparslan Bayraktar "Kanal 7" telekanalının efirində bildirib. "Son bir neçə ay ərzində Rusiya dizel yanacağının ixracına məhdudiyyətlər tətbiq edirdi. Bu yaxınlarda ABŞ Prezidenti Donald Trampla dizel yanacağının tədarükü ilə bağlı razılaşma əldə olundu. Razılaşmaya əsasən, dizel yanacağının bir hissəsi Türkiyəyə, digər hissəsi isə ABŞ-yə tədarük ediləcək. Apardığımız danışıqlar çərçivəsində bu yanacağın bir hissəsini alacağımız barədə razılığa gəldik", - deyə nazir bildirib. Bayraktar razılaşmanın əlavə təfərrüatını açıqlamayıb. Oktyabrın 9-da Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub. Tərəflər söhbət zamanı neft məhsullarının tədarükünü də müzakirə ediblər. Putinin sözlərinə görə, Moskva ABŞ-yə və dünya bazarlarına neft və neft məhsulları tədarük etməyə hazır olduğunu təsdiqləyib. Rusiyanın baş nazirinin müavini Aleksandr Novak bildirib ki, ölkə dizel yanacağının ixracına qoyulan məhdudiyyətləri planlaşdırılandan daha əvvəl mərhələli şəkildə aradan qaldırmağa başlayıb. Novakın sözlərinə görə, Rusiya oktyabrda 300 min ton, noyabrda 500 min ton, dekabrda isə 1 milyon ton dizel yanacağı tədarük etməyə hazırdır. O, gələcəkdə tədarük həcminin ayda 3 milyon tona çatdırıla biləcəyini də qeyd edib.
{{gallery}}
Türkiyə Rusiyadan dizel yanacağı almağa hazırlaşır: ABŞ ilə razılaşmanın detalları - Foto
Mənbə oxu.az

Oxşar Xəbərlər