Cəmiyyət

Salyan-Qarabağlı yolunda ağır qəza: "Nissan" mikroavtobusa çırpıldı

11 Feb 2026, 15:16 2 baxış
Salyan-Qarabağlı yolunda ağır qəza: "Nissan" mikroavtobusa çırpıldı
Salyan-Qarabağlı yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az xəbər verir ki, sosial şəbəkələrdə buna dair videogörüntü paylaşılıb.

Qeyd olunub ki, bu gün səhər saatlarında "Nissan" markalı minik avtomobili "Mercedes" markalı mikroavtobusa çırpılıb. Hadisənin baş verməsinə səbəb kimi yolun buz bağlaması göstərilir. Qəza nəticəsində hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib. Xəsarət alanların olub-olmaması ilə bağlı hələlik məlumat yoxdur. Təfərrüat üçün aidiyyəti quruma sorğu verilib. Əzizə İsmayılova
Mənbə oxu.az

Oxşar Xəbərlər