Cəmiyyət

Buzlu yol Salyanda ağır qəzaya səbəb oldu - Video

11 Feb 2026, 15:42 2 baxış
Buzlu yol Salyanda ağır qəzaya səbəb oldu - Video

Salyan-Qarabağlı yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.


Axar.az Oxu.az-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə buna dair videogörüntü paylaşılıb.


Qeyd olunub ki, bu gün səhər saatlarında "Nissan" markalı minik avtomobili "Mersedes" markalı mikroavtobusa çırpılıb.


Hadisənin baş verməsinə səbəb kimi yolun buz bağlaması göstərilir.


Qəza nəticəsində hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.


Xəsarət alanların olub-olmaması ilə bağlı hələlik məlumat yoxdur.

Mənbə axar.az

Oxşar Xəbərlər