Cəmiyyət

Tovuzda yüksəkvəzifəli məmur işdən çıxarıldı

11 Feb 2026, 14:24 2 baxış
Tovuzda yüksəkvəzifəli məmur işdən çıxarıldı
Tovuz Rayon İcra Hakimiyyətinin (RİH) başçısının müavinlərindən biri vəzifəsindən azad olunub. Oxu.Az İqtisadiyyat.az-a istinadla xəbər verir ki, bununla bağlı icra başçısı Məmməd Məmmədov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Niftalı Qasımov icra başçısının müavini vəzifəsindən azad edilib. O, uzun illərdir icra başçısının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsində çalışırdı. N.Qasımov bu vəzifəyə 2007-2018-ci illərdə Tovuzun icra başçısı işləmiş mərhum Tofiq Zeynalovun dövründə təyin olunmuşdu. Əvvəllər isə Tovuz rayon fövqəladə hallar komissiyasının sədri işləyib. Fotoda solda icra başçısı Məmməd Məmmədov, sağda isə Niftalı Qasımov
Tovuzda yüksəkvəzifəli məmur işdən çıxarıldı
Mənbə oxu.az

Oxşar Xəbərlər