İqtisadiyyat

Qaz olmayan məktəbləri qızdırmaq üçün 7.4 milyon manat xərclənəcək

11 Feb 2026, 13:28 1 baxış
Qaz olmayan məktəbləri qızdırmaq üçün 7.4 milyon manat xərclənəcək
Elm və Təhsil Nazirliyinin (ETN) Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsi Bərk bioyanacaq - ağac peletinin və odun yanacağının satın alınması üçün tender elan edib. Oxu.Az-ın məlumatına görə, nazirlik bunun müqabilində 7 milyon 439 min 695.27 manat ödəməyi planlaşdırır. Tender nəticəsində ETN 10 070 ton bərk bioyanacaq - ağac peleti (daşınma daxil olmaqla) və 1 038.5 kubmetr odun yanacağı (daşınma daxil olmaqla) əldə edəcək. Rəşid Qarayev
Mənbə oxu.az

Oxşar Xəbərlər