Cəmiyyət

Bakıda yaşayış binasında yanğın başladı - Video

11 Feb 2026, 12:42 2 baxış
Bakıda yaşayış binasında yanğın başladı - Video

Bakıda yaşayış binasında yanğın başlayıb.


Axar.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonu, Cavanşir küçəsində qeydə alınıb.


Küçədəki beşmərtəbəli yaşayış binalarından birindəki yanğın davam edir.


Əraziyə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikaları cəlb edilib.


Alovun qarşısının alınması üçün işlər görülür.

Mənbə axar.az

Oxşar Xəbərlər