Cəmiyyət

Göygölün işıqsız qalan kəndində son vəziyyət

11 Feb 2026, 11:47 2 baxış
Göygölün işıqsız qalan kəndində son vəziyyət
Göygöl rayonunun Çaykənd kəndində elektrik enerjisi ilə bağlı yaranan problem aradan qaldırılıb. Bu məlumat Oxu.Az-ın sorğusuna cavab olaraq "Azərenerji" ASC-dən verilib.
"Hazırda Çaykənd istiqamətində yaranan problem tam aradan qaldırılıb və kəndin elektrik enerjisi ilə təminatı bərpa olunub", - deyə məlumatda bildirilir. Qeyd edək ki, bölgələrə yağan güclü qar səbəbindən bəzi ucqar kəndlərdə elektrik enerjisinin verilməsində fasilələr meydana gəldiyi barədə məlumat vermişdik. Əzizə İsmayılova
Mənbə oxu.az

Oxşar Xəbərlər