Cəmiyyət
Göygölün bir neçə kəndi işıqsız qalıb?
Göygöl rayonunun bəzi ucqar kəndlərində elektrik enerjisinin verilişində fasilə yarandığı bildirilir. Oxu.Az xəbər verir ki, buna səbəb güclü qarın yağması göstərilir. "Azərenerji" ASC-dən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Göygöldə bir neçə deyil, yalnız bir kəndə gedən elektrik xəttində problem yaranıb. "Yağan güclü qar səbəbindən Çaykənd kəndinə gedən xətdə qəza baş verib. Hazırda əməkdaşlarımız ərazidə işləyirlər. Yaxın yarım saat ərzində elektrik enerjisinin verilməsi bərpa olunacaq", - deyə məlumatda bildirilir. Əzizə İsmayılova
Mənbə
oxu.az