Cəmiyyət

"İdrak" liseyində şagirdi tərəfindən güllələnən müəllimədən xəbər var

11 Feb 2026, 10:38 2 baxış
"İdrak" liseyində şagirdi tərəfindən güllələnən müəllimədən xəbər var
Bakıda "İdrak" liseyində şagird tərəfindən güllələnən müəllimənin vəziyyəti açıqlanıb. Oxu.Az-ın sorğusuna cavab olaraq Kliniki Tibbi Mərkəzdən verilən məlumatda onun müalicəsinin davam etdirildiyi bildirilib: "1997-ci il təvəllüdlü şəxsin (qadın cinsli) Kliniki Tibbi Mərkəzin Neyrocərrahiyyə şöbəsində müalicəsi həyata keçirilir. Hazırda pasiyentin vəziyyəti stabil qiymətləndirilir". Xatırladaq ki, hadisə fevralın 6-da Bakının Binəqədi rayonu ərazisində yerləşən "İdrak" liseyində baş verib. Orada təhsil alan 10-cu sinif şagirdi Ə.Ş. riyaziyyat müəlliməsi odlu silahdan atəş açaraq Şəhla Kamilovanı güllələyib. Əzizə İsmayılova
Mənbə oxu.az

Oxşar Xəbərlər