Cəmiyyət

Bakı-Şamaxı-Yevlax yolu buz bağladı

11 Feb 2026, 09:08 2 baxış
Bakı-Şamaxı-Yevlax yolu buz bağladı
Ötən gündən etibarən Qobustan, Ağsu, Şamaxı və İsmayıllı rayonlarında qar müşahidə olunur. Fasilələrlə yağan qar səhər saatlarından etibarən daha da intensivləşib. Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, güclü qar səbəbindən Bakı-Şamaxı-Yevlax avtomobil yoluna canlı qüvvə və xüsusi texnika cəlb olunub. Hazırda ciddi problem qeydə alınmasa da, yolların buz bağlama ehtimalı var. Bakı-Şamaxı-Yevlax yolunun Ağsu aşırımından keçən hissəsində, sərt enişli-yoxuşlu və dolaylı ərazilərdə, həmçinin İsmayıllı-Lahıc və Muğanlı-İsmayıllı avtomobil yollarında buzlaşma müşahidə edilir. Sürücülərə ehtiyatlı olmaları, sürət həddinə əməl etmələri və zərurət olmadıqda yaxın iki gün ərzində uzaq səfərləri təxirə salmaları tövsiyə olunur.
{{gallery}}
Mənbə oxu.az

Oxşar Xəbərlər