Cəmiyyət

Bu ərazilərdə su kəsiləcək

10 Feb 2026, 21:04 2 baxış
Bu ərazilərdə su kəsiləcək

Naxçıvan şəhərində su xəttində qəza baş verib.


Axar.az xəbər verir ki, qəza Naxçıvan şəhərinin 6-cı məhəlləsi və Hacıniyyət kəndini içməli su ilə təmin edən magistral xəttə qeydə alınıb. Qəzanın fəsadlarının aradan qaldırılması ilə əlaqədar sözügedən ərazilərdə içməli suyun verilişində bu gün saat 23:00-dan etibarən müvəqqəti fasilə yaranacaq.


Təmir-bərpa işləri yekunlaşdırıldıqdan sonra içməli suyun verilməsi bərpa olunacaq.

Mənbə axar.az

Oxşar Xəbərlər