İqtisadiyyat

Azərbaycanın enerji sektorunda tarixi nailiyyət - Laçındakı layihə beynəlxalq karbon bazarına daxil oldu

10 Feb 2026, 14:54 1 baxış
Azərbaycanın enerji sektorunda tarixi nailiyyət - Laçındakı layihə beynəlxalq karbon bazarına daxil oldu
"SOCAR Trading" və "AzərEnerji" ASC-nin əməkdaşlığı çərçivəsində Laçın rayonunda yerləşən "Mirik" və "Qarıqışlaq" kiçik su elektrik stansiyalarını əhatə edən "Hidro-3" layihəsi beynəlxalq karbon bazarına uğurla daxil olub. Oxu.Az xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb. Bildirilib ki, bu, Azərbaycanın enerji sektorunda tarixi əhəmiyyətə malik yeni bir nailiyyətdir: "Layihə 28 may 2025-ci il tarixində dünyanın aparıcı karbon sertifikatlaşdırma qurumlarından biri olan "Gold Standard" tərəfindən qeydiyyata alınıb, 28 yanvar 2026-cı il tarixində "Hidro-3" layihəsi üzrə karbon kreditləri rəsmi şəkildə təqdim edilib. Bu, Azərbaycan tarixində bərpa olunan enerji mənbələri üzrə əldə edilmiş ilk beynəlxalq karbon kreditləridir. Karbon kreditləri 2024-cü ilin aprel ayından 2025-ci ilin avqust ayınadək olan dövrü əhatə edir və ümumi həcmi 10 745 karbon vahidi təşkil edir. Qeyd edilən göstərici layihənin istixana qazı emissiyalarının azaldılmasına real və ölçülə bilən töhfə verdiyini təsdiqləyir. Bu nailiyyət Azərbaycanın yaşıl enerji strategiyasının uğurla icra olunduğunu və Qarabağ bölgəsinin bərpa olunan enerji potensialının beynəlxalq səviyyədə tanındığını bir daha nümayiş etdirir.
{{gallery}}
Mənbə oxu.az

Oxşar Xəbərlər