İqtisadiyyat

Bələdiyyələr üçün yeni imkanlar: 10 qurum Merlər Razılaşmasını imzaladı

10 Feb 2026, 11:58 1 baxış
Bələdiyyələr üçün yeni imkanlar: 10 qurum Merlər Razılaşmasını imzaladı
"Azərbaycanda 10 bələdiyyə Merlər Razılaşması təşəbbüsünə qoşulub". Oxu.Az xəbər verir ki, bunu Energetika Nazirliyinin (EN) Enerji səmərəliliyi şöbəsinin müdiri Cahid Mikayılov EN və Avropa İttifaqının (Aİ) birgə təşkilatçılığı ilə keçirilən Merlər Razılaşması Təşəbbüsü üzrə tədbirdə bildirib. O bildirib ki, enerji səmərəliliyi sahəsində Azərbaycanda görülən işlər çoxşaxəlidir: "Vurğulamaq istədiyimiz məsələ yerli özünüidarəetmə orqanlarının roludur. Bu baxımdan Merlər Razılaşması təşəbbüsü bələdiyyələr üçün mühüm platformadır. Bu təşəbbüs yerli səviyyədə enerji səmərəliliyi tədbirlərinin sistemli şəkildə planlaşdırılmasına, bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsinə, istixana effekti yaradan qaz emissiyalarının azaldılmasına, iqlim dayanıqlılığının artırılmasına real mexanizmlər təqdim edir". Məlik Məlikov
Mənbə oxu.az

Oxşar Xəbərlər