Cəmiyyət

Zərbələr nəticəsində rus neftinin emalı 19 faiz azalıb - Sırski

09 Feb 2026, 21:16 4 baxış
Zərbələr nəticəsində rus neftinin emalı 19 faiz azalıb - Sırski

Yanvar ayında Ukrayna Silahlı Qüvvələrinin bölmələri Rusiyadakı neft obyektlərinə təxminən 50 dəfə hücum edib. Zərbələr neft emalının əhəmiyyətli dərəcədə azalmasına səbəb olub.


Axar.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Aleksandr Sırski Teleqram kanalında məlumat yayıb.


Generalın sözlərinə görə, yanvar ayında Rusiyanın neft və qaz sənayesinə qarşı 48 uzunmənzilli zərbə endirilib. Bu zərbələr nəticəsində Rusiyada ümumi neft emalı 19 faiz azalıb.

Mənbə axar.az

Oxşar Xəbərlər