Digər

Ukrayna öz "Starlink"ini yarada bilərmi?

19 Oct 2026, 08:30 2 baxış
Ukrayna öz "Starlink"ini yarada bilərmi?

Ukraynanın öz peyk rabitə sistemini yaratması üçün maliyyə və təhlükəsizliklə bağlı üç mühüm amilin eyni vaxtda təmin olunması lazımdır.


Axar.az xəbər verir ki, bunu kibertəhlükəsizlik üzrə ukraynalı ekspert Konstantin Korsun deyib.


O bildirib ki, bu miqyasda kosmik proqrama yalnız bir neçə ölkə sahibdir:


"Onların arasında ABŞ, Rusiya, Çin, Fransa və Böyük Britaniya var. “Starlink” peyk rabitə sisteminin analoqunu yaratmaq üçün ölkənin öz peykləri, raketləri və onları kosmosa buraxmaq üçün meydançası olmalıdır. Belə bir layihənin həyata keçirilməsi üçün isə külli miqdarda maliyyə vəsaiti, mütəxəssislər və kosmodromun atəşə tutulmayacağı təhlükəsiz şərait tələb olunur. Hələlik bunun üçün lazımi şərtlər yoxdur. İlk növbədə müharibə başa çatmalı, iqtisadiyyat güclənməli, məcburi köçkünlər geri qayıtmalı və Qərb mütəxəssisləri cəlb olunmalıdır".


Qeyd edək ki, son günlərdə "Starlink" Ukrayna hərbçiləri üçün müəyyən məhdudiyyətlər tətbiq edib.

Mənbə axar.az

Oxşar Xəbərlər