Siyasət
Paşinyan: "Biz Azərbaycanla sülhün əldə olunmasına çox yaxınıq"
Ermənistanın naş naziri Nikol Paşinyan İrəvan və Bakı arasındakı sülh danışıqlarını geri dönüşü olmayan proses hesab edir. Oxu.Az Ermənistan KİV-ə istinadən xəbər verir ki, Paşinyan bu barədə ABŞ vitse-prezidenti Cey Di Vens ilə danışıqlar zamanı bildirib. "Bizim təəssüratlarımız belədir. Bir neçə gün əvvəl Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüm zamanı da bunu bölüşmək fürsətim oldu ki, biz sülhün əldə olunmasına çox yaxınıq", - deyə Paşinyan vurğulayıb.
Mənbə
oxu.az