Cəmiyyət

"Hürriyyət"in baş redaktorunun həbsi barədə yeni qərar

09 Feb 2026, 20:19 2 baxış
"Hürriyyət"in baş redaktorunun həbsi barədə yeni qərar

"Hürriyyət TV" və "Hürriyyət" qəzetinin baş redaktoru Vüqar Məmmədov barəsində seçilmiş həbs qətimkan müddəti uzadılıb.


Axar.az Report-a istinadən xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin müstəntiqinin təqdimatına Səbail Rayon Məhkəməsində baxılıb.


Məhkəmə təqdimatı təmin edib və V.Məmmədov barəsində həbs qətimkan tədbirinin müddəti 4 ay uzadılıb.


Qeyd edək ki, Vüqar Məmmədov Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində saxlanılıb.

Mənbə axar.az

Oxşar Xəbərlər