Siyasət
ABŞ səfirliyi: "Vensin Azərbaycana səfəri ölkələr arasında əməkdaşlığın genişləndirilməsinə dair öhdəliyi vurğulayır"
"ABŞ vitse-prezidenti Cey Di Vensin Azərbaycana səfəri iki ölkə arasında əməkdaşlığın genişləndirilməsinə dair ortaq öhdəliyi bir daha vurğulayır". Oxu.Az xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyinin yaydığı məlumatda qeyd olunub. Bildirilib ki, vitse-prezident Cey Di Vens bu həftə Azərbaycana səfər edəcək: "Bu səfər son illərdə Azərbaycana həyata keçirilən ən yüksəksəviyyəli səfər olmaqla, ABŞ-Azərbaycan münasibətlərinin möhkəmliyini nümayiş etdirir. Vitse-prezidentin səfəri iki ölkə arasında əməkdaşlığın genişləndirilməsinə və Cənubi Qafqazda sülh və sabitliyin möhkəmləndirilməsinə dair ortaq öhdəliyi bir daha vurğulayır".
Mənbə
oxu.az