Cəmiyyət

ABŞ-dan Vensin Bakı səfəri ilə bağlı məlumat

09 Feb 2026, 18:58 2 baxış
ABŞ-dan Vensin Bakı səfəri ilə bağlı məlumat

ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vensin Azərbaycana səfəri iki ölkə arasında əməkdaşlığın genişləndirilməsinə dair ortaq öhdəliyi bir daha təsdiqləyir.


Axar.az xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin məlumatında qeyd olunub.


Bildirilib ki, Ceyms Devid Vens bu həftə Azərbaycana səfər edəcək:


"Bu səfər son illərdə Azərbaycana həyata keçirilən ən yüksək səviyyəli səfər olmaqla, ABŞ–Azərbaycan münasibətlərinin möhkəmliyini nümayiş etdirir. Vitse-prezidentin səfəri iki ölkə arasında əməkdaşlığın genişləndirilməsinə və Cənubi Qafqazda sülh və sabitliyin möhkəmləndirilməsinə dair ortaq öhdəliyi bir daha təsdiqləyir".

Mənbə axar.az

Oxşar Xəbərlər