Cəmiyyət

Vensin Bakıya səfərinə Saakaşvilidən maraqlı reaksiya

09 Feb 2026, 16:34 2 baxış
Vensin Bakıya səfərinə Saakaşvilidən maraqlı reaksiya

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili növbəti dəfə ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vensin Azərbaycan və Ermənistana gözlənilən səfərinə münasibət bildirib.


Axar.az Teleqraf-a istinadla xəbər verir ki, bu barədə o, sosial mediada yazıb.


“Vaxtilə Gürcüstana səfər etmək hər bir ABŞ lideri üçün vacib və şərəfli missiya hesab olunurdu. İndi isə hamı kənardan dolanır, sanki cüzamlı ölkəymiş kimi”, - Saakaşvili vurğulayıb.


Qeyd edək ki, Ceyms Devid Vens fevralın 9-da İrəvanda, bir gün sonra isə Bakıda səfərdə olacaq. ABŞ vitse-prezidentinin Tiflisə səfəri nəzərdə tutulmayıb.

Mənbə axar.az

Oxşar Xəbərlər