Siyasət
Deputatdan təklif: "Bələdiyyələrə dəstək üçün könüllülərdən ibarət hərəkat yaradılsın"
"Təklif edərdim ki, bələdiyyələrin fəaliyyətinə dəstək üçün könüllülərdən ibarət hərəkat yaradılsın. Əgər bələdiyyələrin ətrafında universitetlər, kolleclər varsa, bələdiyyənin işinə kömək etmək üçün cəlb edilsinlər". Oxu.Az xəbər verir ki, bu sözləri Milli Məclisin Regional məsələlər komitəsinin iclasında deputat Aydın Mirzəzadə deyib. Deputatın digər təklifi bələdiyyə işçiləri ilə bağlı olub:
"Bələdiyyələr deyəndə ancaq sədr və üzvlər nəzərdə tutulur, amma bu orqanlarda çalışan nə qədər işçilər var. Onlara qiymət vermək lazımdır. Təklif edərdim ki, Ədliyyə Nazirliyi tərəfindən onların fəaliyyətini qiymətləndirmək üçün döş nişanı təsis edilsin və bələdiyyə işçiləri də fəaliyyətlərinin dövlət tərəfindən dəstəkləndiyini görsünlər". Mərahim Nəsib

Mənbə
oxu.az