Siyasət
Deputat qəbiristanlıqlarla bağlı problemdən şikayətləndi: "Qaydaların icrasında çətinliklər var"
"Son zamanlar qəbiristanlıqların salınması və idarə olunması ilə bağlı təsdiq olunmuş qaydaların icrasında müəyyən çətinliklər var". Oxu.Az xəbər verir ki, bu sözləri Milli Məclisin Regional məsələlər komitəsinin iclasında deputat Kamran Bayramov deyib.
Parlament üzvü bildirib ki, qaydaların bir çox müddəaları onların qüvvəyə minməsindən əvvəl mövcud olan qəbiristanlıqlara yox, yalnız yeni salınanlara şamil olunur: "Amma bəzi mövcud qəbiristanlıqlar bələdiyyələrə təhvil verilib. Nə əsasla, hansı məntiqlə bunu edirlər? Bu gün heç bilinmir ki, bu və ya digər qəbiristanlıq hansı qurum tərəfindən idarə olunur. Bələdiyyələr üçün əlavə yükdür, maliyyə tələb edir. Ya hamısı təhvil verilməlidir, ya da ümumiyyətlə verilməməlidir. Düşünürəm ki, Ədliyyə Nazirliyi bu məsələ ilə bağlı müəyyən araşdırma apara bilər". Mərahim Nəsib

Mənbə
oxu.az