Cəmiyyət
ANS-in "Böyük Seva"sı palataya köçürüldü
Fevralın 6-da beyin əməliyyatı keçirən, hər kəsin ANS telekanalından "Böyük Seva" kimi tanıdığı jurnalist Sevda Həsənova palataya köçürülüb. Bu məlumat Oxu.Az-ın sorğusuna cavab olaraq Respublika Neyrocərrahiyyə Xəstəxanasından verilib. "1970-ci il təvəllüdlü şəxs (qadın) Respublika Neyrocərrahiyyə Xəstəxanasının Reanimasiya şöbəsindən Baş-beyin şöbəsinə köçürülüb. Hazırda onun müalicəsi palata şəraitində davam etdirilir, vəziyyəti stabil qiymətləndirilir", - deyə məlumatda bildirilir. Xatırladaq ki, Bakı Neyrocərrahiyyə Mərkəzində jurnalistin beyin şişinin cərrahi yolla götürülməsi (ekstirpasiyası) prosesi aparılıb. Əzizə İsmayılova
Mənbə
oxu.az