Digər
Ukraynaya raket hücumu: ABŞ xəbərdar etmədi
ABŞ Ukraynanı raket hücumu barədə xəbərdar etməyib.
Axar.az xəbər verir ki, bu barədə “Azadlıq Radiosu” mənbələrə istinadla məlumat yayıb.
Məlumata görə, Rusiya tərəfdən ballistik raketlərin buraxılışına dair Ukrayna tərəfinə məlumat verilməyib.
Bildirilib ki, dünən gecə Kiyevə edilən raket hücumu nəticəsində hündürmərtəbəli binalar, metro zədələnib, 21 yaşlı qız ölüb.
ABŞ Dövlət katibi Marko Rubio isə bir neçə gün əvvəl sistemin proqram təminatında problemlərin olduğunu və ABŞ Silahlı Qüvvələrinin Avropa Komandanlığının problemin həllinə çalışdığını bildirib.
“Ötən gecə isə nə baş verdiyi ilə bağlı açıqlama verə bilmərəm”, - Rubio qeyd edib.
Mənbə
axar.az