Cəmiyyət

Pirəkəşkül və Ağdərədə partlayışlar olacaq - XƏBƏRDARLIQ

09 Feb 2026, 10:32 2 baxış
Pirəkəşkül və Ağdərədə partlayışlar olacaq - XƏBƏRDARLIQ
Pirəkəşkül və Ağdərədə 9-13 fevral tarixlərində istismar müddəti başa çatan və istifadəyə yararsız döyüş sursatları təhlükəsizlik qaydalarına riayət olunmaqla məhv ediləcək. Bu barədə Oxu.Az-a Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, məhvetmə prosesi Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində həyata keçiriləcək. "Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq", - məlumatda vurğulanıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər