Cəmiyyət

Şahin Əliyev: "Qazaxıstan və digər ölkələrlə Kibertəhlükəsizlik Mərkəzinin modelinin ixracı istiqamətində danışıqlar aparılır"

09 Feb 2026, 10:51 2 baxış
Şahin Əliyev: "Qazaxıstan və digər ölkələrlə Kibertəhlükəsizlik Mərkəzinin modelinin ixracı istiqamətində danışıqlar aparılır"
"Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində 380-dən çox yüksəkixtisaslı kibertəhlükəsizlik mütəxəssisi yetişdirilib, ümumilikdə isə yeddi mindən artıq şəxs müxtəlif təlim proqramlarına cəlb olunub. Məzunların 86 faizi hazırda işlə təmin edilib ki, bu da mərkəzin əmək bazarına verdiyi real töhfənin göstəricisidir". Oxu.Az xəbər verir ki, bu fikirləri İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İdarə Heyətinin sədr müavini Şahin Əliyev Kibertəhlükəsizlik Mərkəzinin 6-cı məzun günündə jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, kibertəhlükəsizlik sahəsində yerli məhsulların hazırlanması istiqamətində mühüm addımlar atılıb və bu günə qədər beş yerli məhsul bazara təqdim olunub: "Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin modeli artıq xarici ölkələrin də diqqətini cəlb edir. Qazaxıstan və digər ölkələrlə bu modelin ixracı istiqamətində danışıqlar aparılır. Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) hesabatına əsasən, Azərbaycan kibertəhlükəsizlik sahəsində son illərdə reytinqdə 40 pillə irəliləyərək dünyadakı orta göstəricidən yuxarı mövqe tutub və bir sıra qabaqcıl ölkələri geridə qoyub. Milli strategiyanın qəbul olunması, kadr potensialının gücləndirilməsi və dövlət qurumlarında struktur islahatları bu sürətli inkişafı təmin edən əsas amillər kimi göstərilib". Sədr müavini əlavə edib ki, yerli kibertəhlükəsizlik məhsullarına beynəlxalq maraq artıb: "Xüsusilə "Cypho" məhsuluna Türkiyə və bir sıra Avropa ölkələrindən ciddi maraq var. Bu istiqamətdə danışıqlar davam edir. Bundan əlavə, Mərkəzi Asiya və Afrika ölkələrindən də mərkəzin fəaliyyət modelinə maraq müşahidə olunur".
{{gallery}} Daha çox foto burada: PhotoStock.az Məhərrəm Əliyev
Mənbə oxu.az

Oxşar Xəbərlər