Cəmiyyət

Ötən gün qəzada ölən hərbçinin - Fotosu

09 Feb 2026, 10:25 2 baxış
Ötən gün qəzada ölən hərbçinin - Fotosu

Xəbər verdiyimiz kimi, 8 fevral günorta saatlarında Şəmkirdə ağır yol-nəqliyyat hadisəsi baş verib.


Axar.az Unikal-a istinadla xəbər verir ki, qəzaya düşən hərbçilər Şəmkirdə Müdafiə Nazirliyi orta ixtisas təhsili pilləsinə ("Gizir hazırlığı kursu"na) gedirmiş.


Qəza nəticəsində 1988-ci il təvəllüdlü Altun Vəfadar oğlu Mustafayev hadisə yerində ölüb. Mərhum Bakının Binə qəsəbəsində dəfn olunacaq.


Onun 11 və 13 yaşlarında iki övladı qalıb.


Sözügedən şəxsin fotosunu təqdim edirik:

Mənbə axar.az

Oxşar Xəbərlər