Siyasət
Orban seçicilərlə görüşündən əvvəl ağırlıq daşı ilə məşq etdi
Macarıstanın Baş naziri Viktor Orban Sombathey şəhərində seçicilərlə görüşündən əvvəl işgüzar geyimdə ağırlıq daşı ilə məşq edib. Oxu.Az TASS-a istinadən xəbər verir ki, bununla bağlı video sosial şəbəkədə paylaşılıb. "Döyüşə hazıram, formadayam", -deyə V.Orban jurnalistlər üçün videonu şərh edib. Daha sonra baş nazir seçiciləri ilə görüşüb.
Mənbə
oxu.az