Siyasət

Leyla Əliyeva və Alyona Əliyeva Gəncədə Şah Abbas məscidini ziyarət ediblər

08 Feb 2026, 10:00 2 baxış
Leyla Əliyeva və Alyona Əliyeva Gəncədə Şah Abbas məscidini ziyarət ediblər
Leyla Əliyeva Alyona Əliyeva Gəncədə Şah Abbas məscidini ziyarət ediblər. Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, məscid 1606-cı ildə Səfəvi hökmdarı I Şah Abbasın əmri ilə memar Şeyx Bahəddin Məhəmməd Amilin layihəsi əsasında inşa edilib. Gəncənin mərkəzində yerləşən bu abidə orta əsr Azərbaycan memarlığının portal-günbəz ənənələrini, lakonik və ifadəli bədii-konstruktiv xüsusiyyətlərini özündə birləşdirir. Sonda Leyla Əliyeva və Alyona Əliyevaya "Qurani-Kərim" hədiyyə olunub. Qeyd edək ki, məscid 2008-ci ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə bərpa olunub.
{{gallery}}
Mənbə oxu.az

Oxşar Xəbərlər