Digər
Tramp İrana zərbə endirmək istəmir? - ABŞ-ın İsrail səfiri
ABŞ Prezidenti Donald Tramp Tehranla münaqişənin sülh yolu ilə həllinə maraqlıdır.
Axar.az xəbər verir ki, bunu ABŞ-ın İsraildəki səfiri Mayk Hakabi bildirib.
"Düşünürəm ki, Donald Tramp bunun həqiqətən də sülh yolu ilə nəticələnməsini istərdi", - deyə Hakabi qeyd edib.
Səfir ABŞ hərbi qüvvələrinin İran ərazisinə zərbə endirmə ehtimalından danışan zaman hücumun qaçılmaz olduğunu dilə gətirməyib.
Mənbə
axar.az