Digər

Onlar Qrenlandiyada konsulluq açmaq istəyir - Rasmussen

07 Feb 2026, 23:25 2 baxış
Onlar Qrenlandiyada konsulluq açmaq istəyir - Rasmussen

Bir neçə ölkə Qrenlandiyada konsulluq açmağı nəzərdən keçirir.


Axar.az xəbər verir ki, bunu Danimarka xarici işlər naziri Lars Rasmussen adaya səfəri zamanı bildirib.


"Bu, Qrenlandiya üçün çox şey ifadə edir. Mən bir neçə həmkarımı tanıyıram ki, onlar da belə bir variantı düşünürlər. İnsanlar bütün Danimarka Birliyi (Danimarka, Qrenlandiya və Farer adaları) və Danimarka Krallığının Arktika ərazisi ilə daha möhkəm əlaqələr qurmaq istəyirlər.


Bu, xüsusilə indiki şəraiti və hələ tam həll olunmamış məsələləri nəzərə alanda çox önəmlidir”, - deyə Rasmussen qeyd edib.

Mənbə axar.az

Oxşar Xəbərlər