Siyasət

Azərbaycana səfəri zamanı ABŞ vitse-prezidentini dövlət katibinin müavini müşayiət edəcək

07 Feb 2026, 22:00 2 baxış
Azərbaycana səfəri zamanı ABŞ vitse-prezidentini dövlət katibinin müavini müşayiət edəcək
ABŞ vitse-prezidenti Cey Di Vensi Azərbaycana səfəri zamanı dövlət katibinin iqtisadi məsələlər üzrə müavini Ceykob Helberq müşayiət edəcək. Oxu.Az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin açıqlamasında deyili. "ABŞ dövlət katibinin iqtisadi məsələlər üzrə müavini Ceykob Helberq fevralın 9-11-də vitse-prezident Ceyms Devid Venslə birlikdə Milan, İrəvan və Bakıya səfər edəcək", - açıqlamada deyilir. Dövlət Departamentinin açıqlamasında, həmçinin bildirilib ki, Ermənistan və Azərbaycana səfər ABŞ Prezidenti Donald Trampın sülh təşəbbüslərini irəli aparacaq və "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (TRIPP) proqramının təşviqinə töhfə verəcək.
Mənbə oxu.az

Oxşar Xəbərlər