Cəmiyyət

Nazir Talıbovu yüksək vəzifəyə təyin etdi

07 Feb 2026, 19:44 2 baxış
Nazir Talıbovu yüksək vəzifəyə təyin etdi

Azərbaycan Xarici İşlər Nazirliyində yüksək vəzifəyə yeni təyinat olub.


Axar.az Bakupost.az-a istinadən xəbər verir ki, bu barədə xarici işlər naziri Ceyhun Bayramov müvafiq əmr imzalayıb.


Əmrə əsasən, Məmməd Talıbov XİN-in Avropa İdarəsinin rəisi təyin edilib.


O, artıq vəzifəsinin icrasına başlayıb.


İkinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi daşıyan Məmməd Afiq oğlu Talıbov 2019-cu ildə Azərbaycanın Meksikadakı fövqəladə və səlahiyyətli səfiri təyin olunmuşdu.


O, 2025-ci il oktyabrın 27-də geri çağırılıb.

Mənbə axar.az

Oxşar Xəbərlər