Siyasət
Azərbaycanın yeni səhiyyə nazirinin dosyesi
Prezident İlham Əliyevin sərəncamı ilə Anar Məhərrəm oğlu Bayramov səhiyyə naziri təyin edilib. Oxu.Az Anar Bayramovun dosyesini təqdim edir: Anar Bayramov 1975-ci ildə anadan olub. Azərbaycan Tibb Universiteti və Azərbaycan Dövlət İqtisad Universitetlərini bitirib. 2003-cü ildən tibb üzrə fəlsəfə doktorudur. 2021-ci ildən əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri, nazirliyin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri vəzifələrində çalışıb. Həmçinin əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini olub. Eyni zamanda, 2006-2014-cü illərdə Azərbaycan Sığortaçılar Assosiasiyasının Tibbi Sığorta Komitəsinin sədri, 2012-2017-ci illərdə Xəzər-Avropa Maliyyə Klubunun (CEİBC) prezidenti kimi çalışıb. 2023-cü ildən Azərbaycan Respublikası Deflimpiya Komitəsinin Sədri, 2025-ci ildən Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi Baş Məclisinin üzvüdür. Bu təyinata qədər TƏBİB-in icraçı direktoru olub.
Mənbə
oxu.az