Cəmiyyət

Cəbrayıl məhəlləsində tullantı suları problemi: Şəbəkə nə vaxt qurulacaq? - Video

19 Oct 2026, 11:56 3 baxış
Cəbrayıl məhəlləsində tullantı suları problemi: Şəbəkə nə vaxt qurulacaq? - Video
"Binəqədi rayon, Xırdalan şosesi, Cəbrayıl məhəlləsində İri Şəhərlərin Su Təchizatının (İŞST) mərkəzləşdirilmiş tullantı su şəbəkəsi mövcud deyil." Bu məlumat Oxu.Az-ın sorğusuna cavab olaraq İŞST-dən verilib. "Ərazidəki xətlər əhali tərəfindən primitiv üsullarla çəkilib. Tullantı su təchizatı mövcud olmayan ərazilərdə ADSEA-nın sifarişi ilə sistemin qurulması məqsədilə müvafiq layihə sənədləri hazırlanıb. Yaşayış məntəqələrində şəbəkələrin inşası plana uyğun olaraq mərhələlərlə aparılır", - deyə məlumatda bildirilir. Xatırladaq ki, Cəbrayıl məhəlləsində fərdi yaşayış evlərinin həyətindən çəkilən böyükdiametrli boruların məhəllənin bir hissəsinin su altında qalmasına səbəb olması ilə bağlı qaynar xəttimizə şikayət daxil olmuşdu.
Mənbə oxu.az

Oxşar Xəbərlər