Cəmiyyət

Əgər QRU generalı Moskvanın mərkəzində güllələnirsə...

07 Feb 2026, 15:06 2 baxış
Əgər QRU generalı Moskvanın mərkəzində güllələnirsə...

Moskvada Rusiya Baş Kəşfiyyat İdarəsinin (QRU) rəis müavini general-leytenant Vladimir Alekseyev güllələnib. Hadisənin mənəvi-psixoloji effekti izaholunmaz qədər böyükdür: Vladimir Alekseyev Rusiya kəşfiyyatının xarici ölkələrdə ən ciddi əməliyyatlara rəhbərlik etmiş adamıdır, o cümlədən ABŞ seçkilərinə müdaxilədə adı hallanıb, bu səbəbdən də ABŞ və AB-nin sanksiyalar siyahısındadır.


Axar.az xəbər verir ki, bu sözləri politoloq Kamran Cəfərov Vladimir Alekseyevə sui-qəsd cəhdi haqqında qeyd edib.


O bildirib ki, Moskvanın düz ortasında belə bir adam güllələnirsə, artıq kimsə təhlükəsizlikdə deyil.


“Ukrayna kəşfiyyatı artıq dünyanın ən güclü kəşfiyyatlarından biridir”, - o əlavə edib.


Qeyd edək ki, Vladimir Alekseyev xəstəxanaya yerləşdirilib və son məlumata görə, huşu özündədir. Ona sui-qəsd cəhdi edən şəxsin isə Dubayda ələ keçirildiyi və Moskvaya təxliyəsinə hazırlıq getdiyi bildirilir.

Mənbə axar.az

Oxşar Xəbərlər