Cəmiyyət
Yeniyetmə Xırdalan məktəbində bir qrup şagird tərəfindən döyülüb?
"Ötən gün Abşeron rayonunun Xırdalan qəsəbəsində məktəblinin döyülməsi hadisəsi ilə bağlı görüntülər Xırdalan şəhər 1 nömrəli tam orta ümumtəhsil məktəbinin ərazisində çəkilməyib". Bu məlumat Oxu.Az-ın sorğusuna cavab olaraq Xırdalan şəhər 1 nömrəli tam orta ümumtəhsil məktəbindən verilib. Qeyd edilib ki, sosial şəbəkələrdə yayılan görüntülərdə əks olunan ərazi Xırdalan şəhər 1 nömrəli tam orta ümumtəhsil məktəbinin ərazisi deyil və hadisə təhsil müəssisəsində tədris prosesinin aparılmadığı vaxtda baş verib. "Məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Uşaqların yeniyetməlik dövründə olduğunu nəzərə alaraq ictimaiyyətdən bu mövzuda həssas davranmalarını, sosial şəbəkələrdə yayılan təsdiqlənməmiş məlumatlara deyil, yalnız rəsmi qurumların açıqlamalarına istinad etmələrini xahiş edirik", - deyə məlumatda bildirilir. Əzizə İsmayılova
Mənbə
oxu.az